...

Pasha Sigorta şirkəti Şərqi Avropa sığorta bazarının konsepsiyasına əsaslanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Mart 2007 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir U.İsmayılova / Pasha Sigorta şirkəti Şərqi Avropa sığorta bazarının konsepsiyasına əsaslanır. Şirkətin baş direktorunun müavini Nofəl Rzayevin çərşənbə günü bildirdiyinə görə, bu, tibbi və avtonəqliyyat vasitələrinin sığöortasının təkmilləşdirilməsində ifadə olunur.

Şirkət Azərbaycanda ilk dəfə olaraq avtomobil sığortasında qəza yerlərinə 24 saatlıq hüquqi yardım xidməti təmin edir.

Bank Respublika, Azərdəmiryolbank, Kapitalbank, Royal Bank of Baku, Crescent Beach Hotel , Lider Farma bu növ sığortanın müştəriləridir.

Rzayevin sözlərinə görə, bu sahədə olan xidmətlərin daha da təkmilləşdirilməsinə baxmayaraq, şirkətdə avtomobil sığortasına görə tariflər Azərbaycandakı bazar qiymətlərindən 15 faiz ucuzdur.

Şirkət öz müştərilərinə "ailə və korporativ həkim" konsepsiyasına əsaslanan təkmilləşdirilmiş tibbi xidmətlər təklif edir.

"Tibbi xidmət müştərilərə 24 saat həkim məsləhəti təmin edir",-deyə o bildirib.

KPMG auditor şirkəti, Meridian, M-Distribution, Lider Farma şirkətləri tibbi sığortanın müştəriləridir.

Tibbi sığortaya görə tariflər isə bazar qiymətlərindən 12-15 faiz ucuzdur.

Pasha Sigorta müştərilərə 4-ü məcburi olmaqla 28 növ sığorta xidmətləri təklif edir. Şirkətin Nizamnamə kapitalı 1 mln. dollardır.

Xəbər lenti

Xəbər lenti