...

"Horizont" idarəsinin marketoloqu: "Azərbaycan şirkəti ilə 1,5 mln. dollar məbləğində müqavilə imzalanıb" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 17:02 (UTC +04:00)
"Horizont" idarəsinin marketoloqu: "Azərbaycan şirkəti ilə 1,5 mln. dollar məbləğində müqavilə imzalanıb" (video)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Belarusun "Horizont" ASC Azərbaycanın "MReal" şirkəti ilə 1,5 mln. dollar məbləğində müqavilə imzalayıb. Çərşənbə günü Bakıda Belarus sənaye sərgisində şirkətin Marketinq və xarici-iqtisadi əlaqələr idarəsinin marketoloqu Oleq Maxnov bildirib ki, "Horizont" televizorlarının "alqı-satqısı" üzrə müqavilə 2007-ci ilin sonuna qədər qüvvədədir.

"Əməkdaşlığın keyfiyyətindən asılı olaraq müqavilənin müddətinin uzadılması imkanı da var" - deyə o bildirib.

Maxnovun sözlərinə görə, şirkətlə bütün şərtlər razılaşdırılıb və hüquqi prosedurdan keçir.

"Sərgi müddətində tərəflər gələcək birgə iş üçün müqavilənin bütün bəndlərini razılaşdıracaq" - deyə o əlavə edib.

"Horizont" televizorlarının Azərbaycanda istehsal olunması planına gəlincə, Maxnov bildirib ki, şirkətin marketinq siyasətində istehsal - əməkdaşlığın son mərhələsidir. İlk növbədə bu müqavilə "alqı-satqı" barədədir, daha sonra ticarət şəbəkəsinin inkişafı və istehsalı durur.

"Horizont" zavodu 1949-cu ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti