...

"Sahil" metro stansiyasının üstündəki bina sökülməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan,Bakı/ "Trend.Capital" /Bakıda "Sahil" metro stansiyasının üstündəki "Almaniya-İnvest" şirkəti tərəfindən tikilmiş bina sökülməyəcək. Belə ki, bu bina nə metro stansiyası, nə də binanın birinci mərtəbəsində tikilmiş mağaza və ofislər üçün təhlükə yaratmır. Bu barədə "Almaniya-İnvest"in məlumatında bildirilib.

Sənəddə qeyd olunub ki, bina Elmi-Araşdırma İnstitutunun tikinti təhlükəsizliyi ilə bağlı apardığı işlərdən sonra tikilib. Tikinti işlərinin başa çatdırılmasından sonra bina Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən yoxlanılıb.

Məlumatda bildirilib ki, KİV-lərdə binanın çökməsi barədə məlumatlar yayıldıqdan sonra bu obyektin tədqiqi üzrə komissiya təşkil olunub və bir daha aydın olub ki, binanın möhkəmliyinə mənfi təsir göstərən faktorlar yoxdur.

Xəbər lenti

Xəbər lenti