...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 14:30 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0008 bənd möhkəmlənib (0,08 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,863625 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi mayın 7 və 8-də (1 ABŞ dolları üçün 0,8640 manat), minimum isə mayın 11-də (1 ABŞ dollarına 0,8632 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
30aprel 0,8647 7may 0,8640
1 may 0,8645 8 may 0,8640
2 may 0,8645 9 may -
3 may 0,8642 10 may 0,8633
4 may 0,8640 11 may 0,8632
Həftə ərzində orta 0,86438 Həftə ərzində orta 0,863625

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0001 bənd (0,01 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,863325 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi mayın 8-də (1 ABŞ dollarına 0,8634 manat), minimum isə mayın 7-si, 10-u və 11-də (1 ABŞ dollarına 0,8633 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 7 mayda - 0,8633 AZN/USD məzənnəsi ilə $4,362 mln. 8 mayda - 0,8634 AZN/USD məzənnəsi ilə $8,87 mln., mayın 9-da sövdələşmə olmayıb, 10 mayda - 0,8633 AZN/USD məzənnəsi ilə $0,2 mln., 11 mayda - 0,8633 AZN/USD məzənnəsi ilə $0,250 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
30aprel 0,8647 7may 0,8640
1 may 0,8645 8 may 0,8640
2 may 0,8645 9 may -
3 may 0,8642 10 may 0,8633
4 may 0,8640 11 may 0,8632
Həftə ərzində orta 0,86438 Həftə ərzində orta 0,863625
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
30 aprel 0,8640 7 may 0,8633
1 may 0,8645 8 may 0,8634
2 may 0,8645 9 may -
3 may 0,8635 10 may 0,8633
4 may 0,8632 11 may 0,8633
Həftə ərzində orta 0,86394 Həftə ərzində orta 0,863325

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Hesabat dövründə özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 13 manat səviyyəsində qalıb.

Xəbər lenti

Xəbər lenti