...

Azərbaycanın QKDK rəhbəri avroistiqrazların debüt buraxılışının müddətini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 17:56 (UTC +04:00)
Azərbaycanın QKDK rəhbəri avroistiqrazların debüt buraxılışının müddətini elan edib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Xarici valyuta avroistiqrazlara nominallaşdırılmış dövlət istiqrazlarının debüt buraxılışını 2007-ci ilin payızında həyata keçirməyi planlaşdırılır. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin (QKDK) rəhbəri Gündüz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Maliyyə Nazirliyi ilə birgə hazırlıq işləri aparılır.

Sonrakı addımlar arasında Məmmədov avrobondların buraxılışı və onların beynəlxalq maliyyə bazarlarında yerləşdirilməsi ilə məşğul olacaq menecerin seçilməsini söyləyib. Avrobondların ilkin yerləşdirilməsinin ilkin həcmi 300-350 mln. dollar səviyyəsində gözlənilir.

"Yerləşdirilmə həcmi, cəlb olunmuş vəsaitlərin qoyulması istiqamətləri kimi hələ ki, dəqiqləşdirilməyib. Bu, hər hansı bir konkret layihə deyil, ölkənin imici və Avropa bazarlarına çıxış məqsədi güdür", - deyə QKDK-nin rəhbəri belə hesab edir.

Məmmədov zənn edir ki, avroistiqrazlar 4-6 faiz ətrafında faiz qoyuluşu üzrə beş ilədək müddətə buraxılacaq, lakin bu məsələ avrobondların emitenti olan Maliyyə Nazirliyi ilə hələ də işlənilir.

Xəbər lenti

Xəbər lenti