Azərbaydjan, Bakı /müx. Trend Ü.İsmayılova/ Son bir il ərzində bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılması zamanı 1000-dək pozuntu faktı aşkarlanıb. Bu sözləri çərşənbə günü Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, bu halların 600-nü Komitənin ekspertləri həll edib, yerdə qalan hallarla bağlı isə cərimə kəsilib. Nəticədə dövlət büdcəsinə 12 min manatədək pul köçürülüb. Eyni zamanda 100-dək pozuntu qeyd alınıb. Günahkarlar hüquq-mühafizə orqanlarına təhvil verilib.
Torpaq sahələrinin verilməsi zamanı bəzi bələdiyyə başçıları digər yerli özünüidarəetmə orqanlarına məxsus torpaqları satmaqla və sərəncamlar verməklə qanunu pozurlar.
"Vətəndaş belə sərəncamı alır, onu hüquqi sənəd kimi qəbul edir və torpağın kadastr planını almaq üçün bizə müraciət edir ... Təbii ki, biz hər şeyi yoxlayırıq və məlum olur ki, həmin torpaq sərəncamı verən bələdiyyəyə məxsus deyil. Nəticədə vətəndaş bizdən texniki pasport ala bilmir və narazılıq ortaya çıxır" - deyə Komitə sədri bildirib.