...

Son iki gün ərzində Azərbaycanda aksiz markası olmayan spirtli içkilərin qanunsuz satışı faktları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Vergilər Nazirliyi aksiz markalarının tətbiqinə nəzarət məqsədilə genişmiqyaslı operativ nəzarət tədbirlərini davam etdirir. Nazirliyin çərşənbə axşamı yayılan məlumatında bildirilir ki, iyulun 3-də nazirlik 7413 obyektdə nəzarət tədbirləri keçirib. 419 obyektdə qanun pozuntusu aşkar edilib.

Nəzarət tədbirləri zamanı ümumi dəyəri 57535 manat olan 37373 aksiz markası olmayan mal aşkar edib. Onlardan 8120-si tütün məmulatı, 29253-ü isə alkoqollu məhsullardır.

Xəbər lenti

Xəbər lenti