...

Əhalinin Sosial Müdafiəsi Fondu yanvar-iyun ayları ərzindəki gəlir və xərclərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova / Əhalinin Sosial Müdafiəsi Fondunun məlumatında bildirilir ki, fondun yanvar-iyun ayları ərzində gəlirləri 485,18 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin analoji dövr göstəricilərindən 82,2% çoxdur. Fondun bu dövr ərzində icbari sosial sığorta üzrə gəlirləri 297,83 mln. manat təşkil edib və bu, 2006-cı ilin yanvar-iyun aylarının göstəricisindən 58% çoxdur.

Yanvar-iyun ayları ərzində fondun xərcləri 480,52 mln. manat təşkil edib və bu 2006-cı ilin anaoloji dövr göstəricisidən 87,5% çoxdur. Əhali tərəfindən edilən ödənişlər 462,16 mln. manat təşkil edib ki, bu, 2006-cı ilin analoji dövr göstəricisindən 89,9% çoxdur.

Xəbər lenti

Xəbər lenti