...

Ekspert: "Böyük həcmdə Azərbaycan neftinin ixrac olunması manatın möhkəmlənməsinə səbəb olur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 16:05 (UTC +04:00)
Ekspert: "Böyük həcmdə Azərbaycan neftinin ixrac olunması manatın möhkəmlənməsinə səbəb olur"

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın dünya bazarlarına böyük həcmdə neft ixrac etməsi böyük dollar kütləsinə nisbətdə manatın möhkəmlənməsinə səbəb olur. Bunu cümə günü Nazirlər Kabinetinin Qiymət, iqtisadi və kredit-maliyyə siyasəti şöbəsinin eks-rəhbəri Oqtay Haqverdiyev bildirib.

Bu həftə dolların dünyanın bütün aparıcı valyutalarına nisbətdə ucuzlaşmasının ölkəyə təsirini şərh edən Haqverdiyev bu prosesin Azərbaycandan asılı olmadığını bildirib.

"Dünyada dollarla bağlı baş verənlər təbii ki, bizdə də müəyyən təsir doğurur" - deyə o söyləyib.

O, Yaponiyanı misal göstərərək bildirib ki, bu ölkə ABŞ-a məhsullarını ixrac etmək məqsədilə dolların məzənnəsini artırmaq üçün öz valyutasını (yen) qiymətdən salmaqla fəal tədbirlər görür.

"ABŞ hazırda dolların məzənnəsini artırmağa çalışır, amma hələki bu alınmır. Ona görə ki, onlar Avropa ilə inteqrallaşma həyata keçiriblər. Avropada isə iqtisadiyyatın artım tempi Amerikadan yüksəkdir. Ona görə orada da dollar düşür" - deyə Haqverdiyev bildirib.

Bir sıra ekspertlər dolların məzənnəsinin aşağı düşməsini ABŞ-ın tikinti sektorunun neqativ təsirləri ilə əlaqələndirirlər. Xüsusilə, bu günlərdə ABŞ-ın aparıcı tikinti şirkətləri və tikinti materialı tədarükçüləri tikinti sahəsində azalma səbəbindən ilin sonuna qədər mədaxil üzrə proqnozlarının əhmiyyətli dərəcədə azalmasını bildiriblər.

Xəbər lenti

Xəbər lenti