...

"Azərdəmiryolbank" "Ödədim-Uddum" lotereyasının üçüncü tirajını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2007 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / "Azərdəmiryolbank"ın məlumatında bildirilir ki, bank iyulun 10-da "Ödədim-Uddum" lotereyasının üçüncü tirajını keçirib. Bankın məlumatında həmçinin bildirilir ki, bu dəfə oyun iyun ay ərzində abunə haqqlarını bankın şöbələri vasitəsilə həyata keçirən kommunal ximətlərin (işıq, qaz, su) və mobil rabitə operatorlarının (Azercell, Bakcell) istifadəçiləri olan müştərilər arasında keçirilib.

Bu dəfə təsadüfi seçim vasitəsilə seçilən qaliblər 26 şəxs olub. Qaliblərdən 6-sı elektrik enerjisi, 6-sı qaz, 5-i "Azercell", 9-u isə "Bakcell" abonentidir. Qaliblərin hər birinə 50 manat təqdim olunacaq. Qaliblərin adları "Azərbaycan" və "Zerkalo" qəzetlərində çap olunacaq.

Lotereyanın növbəti oyunu avqustun 10-da baş tutacaq.

Xəbər lenti

Xəbər lenti