...

Ekspert: Azərbaycanda çörəyin qiymətinin artması ixracatçı ölkələrdə məhsuldarlığın azalması ilə əlaqədardır (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2007 14:44 (UTC +04:00)
Ekspert: Azərbaycanda çörəyin qiymətinin artması ixracatçı ölkələrdə məhsuldarlığın azalması ilə əlaqədardır (video)

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ İxracatçı ölkələrdə aşağı məhsuldarlığa görə taxılın orta qiyməti bir ton üçün 60-70 dollar bahalaşıb. Müvafiq olaraq tranzit qiymətləri də artıb. Bunu cümə günü mətbuat konfransında İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib.

Çörəyin qiymətinə təsir edən amillərdən danışan ekspert bildirib ki, Azərbaycan əsasən Rusiya və Qazaxıstandan taxıl alır. Son mövsümdə isə bu ölkələrdə taxıl yığımı azalıb. Ekspertin fikrincə, məhz bu amil həm Rusiyada, həm də Azərbaycanda çörəyin qiymətinin artmasına təsir edir.

2004-cü ildə Azərbaycanda 2,158 mln. ton, 2005-ci ildə 2,126 mln. ton, 2006-cı ildə 2,078 mln. ton taxıl yığılıb. 2007-ci ildə mərkəzin proqnozlarına əsasən, bu rəqəm 2 mln. tona qədər azalacaq.

Xəbər lenti

Xəbər lenti