...

Gürcüstan Azərbaycana olan borcunun həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 18:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia/ Gürcüstan daimi olaraq xarici ölkələrə, xüsusilə Azərbaycana olan borcunu ödəyir. Cümə günü Gürcüstanın Maliyyə Nazirliyindən verilən məlumata görə, iyunun 30-da Azərbaycana olan borc 14,497 mln. dollar təşkil edir.

İyunun 30-da Gürcüstanın dövlət təminatı altında götürülmüş xarici dövlət borcu və kreditlərin həcmi 1,75 mlrd. dollar təşkil edib. İkitərəfli kreditlərə olan ümumi borc 533,493 mln. dollar təşkil edir.

Bu məbləğin 2 006  000 dolları Avstriyaya, 22 360 000 dolları Türkmənistana, 50 543 000 dolları Türkiyəyə, 11 388 000 dolları İrana, 132 156  000 dolları Rusiyaya, 41 358 000 dolları ABŞ-a, 17 588 000 dolları Ermənistana, 386 000 dolları Özbəkistana, 353 000 dolları Ukraynaya, 27 774 000 min dolları Qazaxıstana, 152 325 000 dolları Almaniyaya, 42 386 000 dolları Yaponiyaya, 14 040 000 dolları Küveytə və 4 331 000 dolları Niderlanda olan borclardır.

İkitərəfli kreditlərdən başqa Gürcüstan beynəlxalq institutlardan ümumi həcmi 1 152 858 000 olan borc qəbul edib.

Bu məbləğin 237 249 000 dolları Beynəlxalq Valyuta Fonduna, 805 551 000 dolları Beynəlxalq İnkişaf Assosiasiyasına, 10 525 000 dolları kənd təsərrüfatının inkişafı üzrə beynəlxalq fonda, 77 338 000 dolları Avropa Birliyinə, 22 195 000 dorlları Avropa Yenidənqurma və İnkişaf Bankına olan borclardır. Dövlət təminatı altında götürülən kreditin həcmi 15 767 000 dollar təşkil edir, bu məbləğin 11 772 00 dolları Avropa Yenidənqurma və İnkişaf Bankına və 3 995 000 dolları isə Almaniyaya olan borclardır.

Xəbər lenti

Xəbər lenti