...

Həftə ərzində Azərbaycan valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2007 12:33 (UTC +04:00)
Həftə ərzində Azərbaycan valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı /müxbir Trend İ.Xəlilova / Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0001 bənd möhkəmlənib (0,01 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,85394 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 30 və 31-də (1 ABŞ dolları üçün 0,8540 manat), minimum isə avqustun 1-3-də (1 ABŞ dollarına 0,8539 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
23 iyul 0,8544 30 iyul 0,8540
24 iyul 0,8542 31 iyul 0,8540
25 iyul 0,8542 1 avqust 0,8539
26 iyul 0,8541 2 avqust 0,8539
27 iyul 0,8541 3 avqust 0,8539
Həftə ərzində orta 0,8542 Həftə ərzində orta 0,85394

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0004 bənd (0,04 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,85214 manat səviyyəsində müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyulun 30-da (1 ABŞ dollarına 0, 8525 manat), minimum isə avqustun 1 və 2-də (1 ABŞ dollarına 0, 8519 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 30 iyulda - 0, 8525 AZN/USD məzənnəsi ilə $16 mln., 31 iyulda - 0, 8523 AZN/USD məzənnəsi ilə $15,591 mln., 1 avqustda - 0, 8519 AZN/USD məzənnəsi ilə $22,15 mln., 2 avqustda- sövdələşmələr olmayıb və 3 avqustda - 0, 8521 AZN/USD məzənnəsi ilə $3,98 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
23 iyul 0,8544 30 iyul 0,8540
24 iyul 0,8542 31 iyul 0,8540
25 iyul 0,8542 1 avqust 0,8539
26 iyul 0,8541 2 avqust 0,8539
27 iyul 0,8541 3 avqust 0,8539
Həftə ərzində orta 0,8542 Həftə ərzində orta 0,85394
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
23 iyul 0,8534 30 iyul 0,8525
24 iyul 0,8523 31 iyul 0,8523
25 iyul 0,8526 1 avqust 0,8519
26 iyul 0,8524 2 avqust 0,8519
27 iyul 0,8525 3 avqust 0,8521
Həftə ərzində orta 0,85264 Həftə ərzində orta 0,85214

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN üzrə müraciətlər BEST-də banklar tərəfindən sifariş edilməyib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət 11 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin müddəti 2008-ci ilin yanvarın 1-də bitir.

Xəbər lenti

Xəbər lenti