Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin ölkəyə daxil olması qadağan edilə bilər. Bu Azərbaycanın gömrük məntəqələrində ekoloji postların yaradılması nəticəsində mümkün ola bilər. Bu barədə çərşənbə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ərazi Ekologiya və Təbii Sərvətlər Departamentinin müfəttişi Mehman Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ekoloji postların qiraşdırılması təklif formasındadır, Bu təsdiqlənsə, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.
Bakıda atmosferə avtomobil vasitələri tərəfindən ildə orta hesabla 350 min ton zərərli maddə atılır ki, bu da ümumi çirklənmənin 60 faizini təşkil edir. "Avtomobil vasitələri hesabına atmosferə atılan zərərli maddələr ozon qatının deşilməsi prosesini sürətləndirir"- deyə Məmmədov bildirib.