...

BFB-də Milli Bankın notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Avqust ayının 29-da saat 11:00-dan 12:30-dək BFB-də Milli Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Notların Dövlət qeydiyyat №-si 50103516S, emissiyanın həcmi 60 000 000 AZN, hərraca çıxarılan həcm 50 000 000 AZN, bir notun nominal dəyəri 200 AZN, notların tədavül müddəti 28gündür. Ödəmə tarixi - 26 sentyabr 2007-ci il.

Hərrac zamanı, Notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Xəbər lenti

Xəbər lenti