...

"Bank Standard" ikinci reytinqi aldıqdan sonra avrobondlar buraxacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2007 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ "Bank Standard" 2008-ci ilin mart-aprel aylarında 3-5 il müddətinə 150-200 mln. dollar həcmində avrobondların birinci buraxılışını həyata keçirməyi planlaşdırır. Bu barədə cümə günü bankın idarə heyətinin sədri Salim Kriman məlumat verib.

"Bu növbəti ilin yazından tez mümkün olmayacaq. Belə ki, bunun üçün hazırlaşmaq və böyük işlər aparmaq lazımdır. Bunun üçün bazarın bu kimi böyük həcmləri qəbul etməsi və həmçinin bizim üçün də maraqlı olması lazımdır" - deyə Kriman vurğulayıb.

Bu məqsədlə bankda Departamentin işi yenidən qurulacaq.

Avroistiqrazların uğurlu yerləşdirilməsi üçün "Bank Standard"ın ikinci kredit reytinqi alması lazımdır. Artıq bank bu istiqamətdə "Fitch Ratings" ilə danışıqlara başlayıb. Lakin bank rəhbəri ikinci agentlikdən reytinqin 2007-ci ildə alınacağına əmin deyil. Çox güman ki, qiymətləndirmə gələn il baş tutacaq.

2007-ci ildə Azərbaycanda iki avroistiqrazın buraxılması gözlənilir. Bunlar sentyabr-oktyabr aylarında dövlətin adından təxminən 330 mln. dollar həcmində Maliyyə Nazirliyinin və noyabr-dekabr aylarında 220 mln. həcmində Beynəlxalq Bankın avroistiqrazları olacaq.

Xəbər lenti

Xəbər lenti