...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 24 Sentyabr 2007 18:18 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/ Trend , müxbir V.Şərifov/ Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, AZERI LT FOB Ceyhan neftinin qiyməti sentyabrın 21-də $79,18/barr təşkil edib, bu isə ötən qiymətdən $1,46/barr çoxdur.

AZERI LT CIF Augusta neftinin qiyməti sentyabrın 21-də $80,05/barr təşkil edib, bu isə ötən qiymətdən $1,49/barr çoxdur.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti sentyabrın 21-də $74,78/barr təşkil edib, bu isə ötən qiymətdən $1,17/barr çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Sentyabrın 21-də Brent Dated neftinin qiyməti $79,16/barr təşkil edib, bu isə ötən qiymətdən $1,59/barr çoxdur.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti