...

ARDNŞ Gürcüstandakı terminalından ilk neft partiyasının göndərilmə tarixini açıqlayıb

Energetika Materials 15 Oktyabr 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Gürcüstanın Qara dəniz sahilindəki ARDNŞ-ə məxsus yeni neft terminalından Azərbaycan nefti ilə yüklənmiş ilk tanker noyabr ayında yola salınacaq. Bu barədə bazar ertəsi ARDNŞ-nin nümayəndəsi məlumat verib. O, neft partiyasının dəqiq həcmi ilə bağlı heç bir söz deməyib. Terminalın oktyabrın sonunda işə salınması planlaşdırılır. Məlumata görə, neft partiyası ARDNŞ-ə məxsus olacaq.Kulevidə yerləşən terminal ARDNŞ-ə məxsusdur. Terminalın tikintisi üçün bu il 301 mln. dollar həcmində sindikatlaşdırılmış kredit alıb.

15 xarici bankın birləşdiyi kredit sindikatına Societe Generale rəhbərlik edir. Kreditin 2009-cu ilə qədər qaytarılması nəzərdə tutulur.

Terminalın boşaldıb-yükləmə gücü 9 mln. ton təşkil edir (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut). Terminalın rezervuar parkının ümumi həcmi 320 min kubmetr- dir. Boşaldıb-yükləmə gücünün 20 mln. tona, rezervuar parkının isə, 280 min kubmetrə çatdırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti