...

İlin sonuna qədər Sanqaçal modul tipli elektrik stansiyasında üç generator qurulacaq

Energetika Materials 7 Noyabr 2007 14:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu ilin sonuna qədər "Azərenerji" Səhmdar Cəmiyyəti Sanqaçal modul tipli elektrik stansiyasında Finlandiyanın "Wartsila" istehsalı olan üç generator qurmağı planlaşdırır. Qalan blokların gələn il qoyulması gözlənilir, SC-nin vitse-prezidenti Marlen Əsgərov belə deyib.

Bu layihə üzrə tikinti işləri Finlandiyanın "Wartsila" şirkəti ilə birgə keçiriləcək. "Azərenerji" SC və Finlandiyanın "Wartsila" şirkəti 300 MVt gücündə yeni modul tipli elektrik stansiyası tikilməsi haqda müqavilə imzalayıblar. Tikinti işlərində ABB İsveç-İçveçrə şirkəti də iştirak edəcək. Tikintinin bitməsi 2008-ci ilin sentyabrında planlaşdırılır.

Finlandiyanın "Wartsila" şirkəti Sanqaçaldakı modul tipli elektrik stansiyasının qazdan mazuta və əksinə keçirmək üçün yeni texnologiya təklif edib. Bu texnologiya prosesi xeyli sürətləndirəcək. Əvvəllər şirkət bu keçirilməyə görə 24 saat vaxt təklif edirdi. Hazırda bu vaxt yarım saata qədər endirilib. Elektrik enerjisi istehsal edən obyektlərin Sanqaçalda yeni tikintisi Abşeron yarımadasının elektrik enerjisi ilə keyfiyyətli və fasiləsiz təminatı üçün vacibdir.

Xəbər lenti

Xəbər lenti