...

İran nefti Amerika dollarının məzənnəsinə təsir etməyəcək - ekspert

Energetika Materials 10 Dekabr 2007 19:15 (UTC +04:00)
İran nefti Amerika dollarının məzənnəsinə təsir etməyəcək - ekspert

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ İranın öz neftini Amerika valyutasına satmaqdan imtina etməsi dolların məzənnəsinə təsir etməyəcək. Rusiyanın "Kommersant" qəzetinin baş redaktor müavini, politoloq Azər Mürsəliyev belə hesab edir. "İranın qərarı (nefti dollara satmaq) Amerika valyutasının zəifləməsinə təsir etməyəcək. Baş verə biləcək yeganə şey, dolların konvertasiyası üzrə daha bir əməliyyatın yaranması olacaq" - Mürsəliyev bildirib. İranın Neft naziri Qulamhüseyn Nozari İranın dollardan imtina haqqında qərar qəbul etməsinin səbəbi kimi, Amerika valyutasına inamın itməsi və neft ixrac edən ölkəyə zəif dolların mənfi təsirini göstərib. Mürsəliyevin rəyinə görə, Amerika dollarının zəifləməsi üçün təkcə İranın qərarı kifayət deyil. "Dolların zəifləməsi üçün dünyanın yarısının, ya da OPEK-ə üzv ölkələrdən bir neçəsinin AVŞ dollarından imtina etməsi lazımdır" - o bildirib. Son iki il ərzində İran ardıcıl olaraq ölkəyə daxil olan neft dollarlarının həcmini azaldırdı. Bir qədər əvvəl, noyabrda Neft İxrac edən Ölkələrin (OPEK) III sammitində İran prezidenti Mahmud Əhmədinecat . dolların zəifləməsilə bağlı, ondan imtina edilməsini və onu daha davamlı valyuta ilə əvəzləməyi təklif edib. Lakin OPEK bu qərarı qəbul etməyib. "İran üçün bu qərar siyasi mahiyyət daşıyır" - Mürsəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti