...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti qaz təhvilini 40%-ə qədər artırıb

Energetika Materials 13 Dekabr 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ Yanvar-noyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 2006-cı ilin analoji dövrünün 3,4 mlrd. kubmetr göstəricisi ilə müqayisədə 4,68 mlrd. kubmetr qaz istehsal edib. Bu barədə ARDNŞ-ın cümə axşamı yaydığı məlumatda bildirilir. Bu il şirkət 5,2 mlrd. kubmetr qaz təhvil vermək niyyətindədir.

Dekabrın 1-dən başlayaraq ARDNŞ gün ərzində dövlətə 17 milyon kubmetr qaz təhvil verir. Dekabrın 11-də bu rəqəm 17,3 milyon kubmetr təşkil edib. Ötən ilin dekabrında şirkət dövlətə orta sutkalıq 12,9 milyon kubmetr qaz təhvil verib.

"Qaz Proqramı"nın həyata keçirilməsi nəticəsində 2008-ci ildə Dövlət Neft Şirkəti tərəfindən hasil edilən qazın həcmini 8 milyard kubmetrə, dövlətə təhvil verilən qazın həcmini isə 7 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Beləliklə, dövlətə sutkada 20 milyon kubmetr qaz təhvil veriləcək.

Xəbər lenti

Xəbər lenti