...

"Bakıelektrikşəbəkə" elektrik enerjisinə görə vəsaitlərin yığılmasını nəzərə çarpacaq dərəcədə artırıb

Energetika Materials 8 Fevral 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 fevral/ " müxbir S.Əliyev/ "Bakıelektrikşəbəkə"-nin işə başlayanı (2006-cı il noyabr) ASC-nin abunəçilərinin sayı 109 min artaraq, 623-minədək çatıb. Bu barədə cümə günü "Bakıelektrikşəbəkə"-nin rəhbəri Baba Rzayev mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildə paylaşdırıcı şəbəkənin abunəçilərinə 9 mlrd. kVt/s elektrik enerjisi verilib. Elektrik enerjisinə görə vəsaitlərin toplanılması 73 faiz təşkil edib. Elektrikpaylayıcı xətlərin "Bakıelektrikşəbəkə"-yə verilməsinədək isə, bu göstərici 59 faizi ötməyib. Yay dövründə verilən elektrik enerjisinə görə, abunəçilərdən vəsaitlərin yığılması təqribən 90 faizə çatıb.

"Verilən elektrik enerjisinə görə, əhalidən vəsaitlərin toplanılmasında artım dinamikası müşahidə olunur", - "Bakıelektrikşəbəkə"-nin rəhbəri bildirib.

Rzayevin sözlərinə görə, "Bakıelektrikşəbəkə"- yeni fərdi tipli ölçü cihazlarının (sayğaclar) qurulması layihəsini davam etdirir. Britaniyanın AMPY şirkəti ilə müqavilə çərçivəsində, artıq 176 min sayğac alınıb.

"Belə tipli sayğaclar 151 elektrik qəbulu məntəqəsində qurulub. Onlar keyfiyyəti, həcmi və digər parametrləri ölçürlər. "Bakıelektrikşəbəkə" böyük həcmdə elektrik enerjisi istifadəçiləri olan abunəçilər üçün də belə sistemlərin tətbiqinə başlayıb. Müəyyən sayda əhali üçün dəsayğacar quraşdırılır", - ASC rəhbəri bildirib.

Rzayev analizlərin, yeni tipli sayğacların qurulması üçün ,şəbəkələrin yenidən qurulması vacibliyini göstərdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti