...

"Bos Shelf" şirkəti Qazaxıstan üçün işlər həyata keçirir

Energetika Materials 25 Fevral 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / " , müxbir S.Əliyev / "Bos Shelf" şirkəti Qazaxıstan tərəfinin sifarişi ilə iki barjanın müasirləşdirilməsini həyata keçirir - bazar ertəsi "Bos Shelf" şirkətinin tikinti sahələrinin yerləşdiyi "Heydər Əliyev adına" Bakı Dərin Özülər zavodundan deyiblər.

Hazırda şirkət "Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsi üçün platforma tikintisi layihəsində cəlb olunan aktivlərin ötürülməsini həyata keçirir. Daha əvvəl Azərbaycan Dövlət Neft Fondunun başçısı Şahmar Mövsümovun dediyinə görə, bu proses 2008-ci ilin ortalarına başa çatacaq.

Avadanlığın bir hissəsi, məişət texnikası, avtomobillər "Heydər Əliyev adına" Bakı Dərin Özülər zavodunda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə platformaların tikintisində istifadə olunan metalkonstruksiya fondunun balansına veriləcək.

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının işlənməsi layihəsinin operatoru BP-dir. BP-nin dayaq bloklarının tikintisi üzrə subpodratçısı - "Bos Shelf" şirkəti, yuxarıdakı tikintilər üzrə "McDermott" şirkəti çıxış edib.

"Azəri"-"Çıraq"-"Günəşli" yatağının tammiqyaslı işlənməsi layihəsi çərçivəsində dayaq bloklarının və platformaların yuxarıdakı tikintisi başa çatıb.

"Azəri"-"Çıraq"-"Günəşli" yataqlarının işlənməsi layihəsi çərçivəsində zavodda cəmi altı platforma tikilib: ikisi "Mərkəzi Azəri" üçün, "Qərb" və "Şərqi Azəri" üçün hər birinə biri və "Günəşli"nin dərin su hissəsi üçün iki.

İşlərin bərpa edilməsini 2009-cu ildən sonraya gözləmək olar. Bununla belə, bu işlər həm "Şahdəniz" qazkondensant yatağı layihəsinin reallaşdırılmasının ikinci mərhələsinə, həm də digər yeni layihələrə toxuna bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti