...

Azərbaycan neftinin qiyməti: 18-22 fevral həftəsinin yekunları

Energetika Materials 25 Fevral 2008 18:33 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 18-22 fevral həftəsinin yekunları

Azərbaycan, Bakı, 25 fevral/ Trend , müxbir A.Bədəlova/18-22 fevral həftəsində Azərbaycanın Gürcüstanın Batumi və Türkiyənin Ceyhan limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $98,66/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,8/barr. çoxdur.

18-22 fevral həftəsində AZERI LT neftinin maksimal qiyməti $99,88/barr. , minimal qiyməti $96,75/barr. təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

Göstərilən həftədə Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $91,47/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,11/barr. çoxdur.

18-22 fevral həftəsində URAL neftinin maksimal qiyməti $92,54/barr. , minimal qiymət isə $89,83/barr. təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

18-22 fevral həftəsində Brent Dated neftinin orta qiyməti $96,78/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,63/barr. çoxdur.

Brent neftinin maksimal qiyməti $97,94/barr. , minimal qiymət isə $95,21/barr. təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti