...

Azərbaycan üçün EİTİ üzrə səkkizinci hesabatın hazırlanması məqsədilə beynəlxalq auditor müəyyən edilib

Energetika Materials 30 Mart 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / " müxbir İ.Xəlilova/ Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının martın 30-da keçirilən birgə iclasında 2007-ci ilin yekunlarına dair səkkizinci hesabatın hazırlanması üçün Moore Stephens beynəlxalq audit şirkətinin namizədliyi təqdir edilib. Bu barədə bazar günü Azərbaycanın Dövlət Neft Fondundan (ARDNF) məlumat veriblər.

Dəvətlər Azərbaycanda fəaliyyət göstərən beynəlxalq miqyasda tanınmış 5 nüfuzlu audit şirkətinə - Deloitte, PricewaterhouseCoopers, Ernst & Young, Moore Stephens və KPMG şirkətlərinə göndərilib.

Audiotrun neft və qaz sənayesində işləyən hökumətlərə müraciətindən sonra, onlar tutuşdurulmaq üçün auditora hesabatlar təqdim etməlidirlər.

2003,2004, 2005-ci illər və 2006 -cı ilin birinci yarısından auditi Deloytte aparıb. 2005-ci ilin birinci yarısı üzrə hesabatı Accountants Global Network-a daxil olan AGN Mak Azerbaijan LTD hazırlayıb. 2006-cı il və 2007-ci ilin birinci yarısının yekunları üzrə hesabat Moore Stephens beynəlxalq audit şirkəti tərəfindən hazırlanıb.

Növbəlilik prinsipinə uyğun olaraq, səkkizinci hesabat mərhələsi üçün seçilmiş audit şirkətinin haqqı hasilat sənayesində çalışan şirkətlər tərəfindən ödəniləcək.

Əvvəlki hesabat üzrə 2007-ci ilin birinci yarısında neft-qaz layihələrindən Azərbaycan hökumətinə $78,464 mln. və 956,927 mln. verilib.

Anlaşma Memorandumunda 25 neft-qaz şirkəti iştirak edir. Memoranduma son olaraq Inpex Azerbaijan, Binəqədi Oil, RAFI Oil və Naftiran Intertrade Co. Limited qoşulub.

Moore Stephens şirkəti 1907-ci ildə Londonda təsis edilib. Hazırda o, 93 ölkədə konsaltinq və mühasibat xidmətləri göstərir.

Xəbər lenti

Xəbər lenti