...

Azərbaycan neftinin qiyməti: 7-11 aprel həftəsinin yekunları

Energetika Materials 14 Aprel 2008 18:31 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 7-11 aprel həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir A.Bədəlova/ 7-11 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $109,24/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5/barr çoxdur.

7-11 aprel həftəsində AZERI LT neftinin maksimal qiyməti $110,08/barr, minimal qiyməti isə $107,81/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

7-11 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $101,3/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $6,03/barr çoxdur.

7-11 aprel həftəsində URALS neftinin maksimal qiyməti $102,27/barr, minimal qiymət isə $100,02/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

7-11 aprel həftəsində Brent Dated neftinin orta qiyməti $106,33/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $5,84/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $107,31/barr, minimal qiymət isə $104,77/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti