...

Azərbaycanın "İnam" yatağındakı quyu Xəzər haqqında geoloji təsəvvürləri dəyişib

Energetika Materials 30 Aprel 2008 15:33 (UTC +04:00)
Azərbaycanın "İnam" yatağındakı quyu Xəzər haqqında geoloji təsəvvürləri  dəyişib

Azərbaycan, Bakı, 30 aprel/ Trend / "İnam" perspektivli strukturunda qazılan İNX-2 ikinci kəşfiyyat quyusu müəyyən müsbət nəticələr verib, Azərbaycanın neft sənayesi ekspertləri belə hesab edirlər. Qazma işləri bir müddət əvvəl layihənin operatoru BP tərəfindən başa çatdırılıb.

"BP-nin belə hallarda lazım olan tam geoloji tədqiqatlar kompleksini (kernin seçilməsi və s) aparmamasına baxmayaraq, quyunun 5140 metr dərinliyində 10 metrlik neftlə zəngin intervalın, 5340 metr dərinlikdə isə 50 metrlik qum kollektorunun aşkar edilməsi Xəzərin bu hissəsi haqqında geoloji təsəvvürləri dəyişib", - ekspertlər hesab edirlər.

Kəşfiyyat və məhsulun bölünməsi haqqında saziş çərçivəsində əcnəbi şirkətlər tərəfindən "İnam"ın ətrafındakı kəşfiyyat xarakterli qazma işlərinin aparıldığı bütün strukturlarda ("Lənkəran Dəniz - Talış Dəniz", "Kürdaşı" i "Yanan-Tava") qum kollektorları olmayıb.

""İnam"da belə güclü kollektorun aşkar edilməsi adları çəkilən strukturlardakı quyuların sadəcə geofiziki məlumatların izahına və quyunun dərinliyindəki hesablamalardakı səhvlərə görə belə kollektorlara çatmadıqlarına dəlalət edə bilər", - ekspertlər hesab edirlər.

Ekspertin sözlərinə görə, "İnam" strukturuna gəldiksə isə, operator şirkət "Fasilə lay dəstəsi" və "Qirmakıüstü qumluğu"nda bütün potensial səmərəli obyektlərin aşkar edilməsi məqsədilə qazma işlərini təqribən 5900 metrədək davam etdirməli idi.

"Çox ehtimal ki, quyu Balaxanı lay dəstəsinin aşağılarında dayandırılıb və "Fasilə" lay dəstəsinə daxil olmayıb. Bundan əlavə, əvvəlcədən bu quyunu strukturun karbohidrogenlərin miqrasiyası və toplanması üçün daha çox imkanların olduğu cənub-şərq hissəsində qazmaq lazım idi", - ekspert əlavə edib.

"Əcnəbi şirkətlərin Cənubi Xəzərin geologiyasını zəif bilmələri növbəti dəfə Azərbaycanın perspektivli dəniz strukturlarındakı kəşfiyyat xarakterli qazma işləri seriyasında güman edilən uğursuzluğa gətirib", - ekspert bildirib.

Xəzərin Azərbaycan sektorundakı "İnam" dəniz strukturunda kəşfiyyat xarakterli qazma işləri kommersiya məqsədli karbohidrogen ehtiyatı aşkar etməyib. Hökumətdən bildiriblər ki, "İnam" layihəsinin operatoru olan BP şirkəti bu sahədəki ikinci kəşfiyyat quyusunu ləğv edir. Şirkət quyunun qazılması zamanı demək olar ki, 5350 m dərinliyində layihə dərinliyinə çatıb, lakin kommersiya məqsədli karobhidrogen ehtiyatları aşkar edilməyib.

Bu struktur üzrə PSA müqaviləsinin öhdəliklərinə görə, strukturda iki kəşfiyyat quyusu qazılmalıdır. 2001-ci ildə strukturda layihə dərinliyi 5025 metr olan birinci İNX-1 kəşfiyyat quyusunun qazılması aparılıb. Lakin quyuda qəza baş verib və bundan sonra o bağlanıb. Bu, quyu uzrə öhdəliklərin yerinə yetirilməsi kimi hesablanıb. Beləliklə, şirkətin bütün kəşfiyyat öhdəlikləri yerinə yetirilib. Quyu Bakıdan 140 kilometr məsafədə yerləşən və təqribən 225 kvadrat kilometr sahəni əhatə edən müqavilə sahəsində aparılıb. Müqavilə sahəsində suyun dərinliyi şimalda 45 metrdən cənubdə 200 metrədək dəyişir. "İnam bankası"nın minimal dərinliyi dörd metrdir.

"İnam" layihəsinin iştirakçıları ARDNŞ (50 faiz), BP (layihənin operatoru, 25 faiz), Koreya milli neft şirkəti (20 faiz) və Shell şirkətidir (5 faiz).

Xəbər lenti

Xəbər lenti