...

Qazaxıstanda neft məhsullarına tətbiq edilən qadağa az səmərəlidir - ekspert

Energetika Materials 22 May 2008 12:22 (UTC +04:00)

Qazaxıstan, Astana, 22 may / Trend , müxbir K.Konırova/ Respublikada neft məhsullarının ixracına qadağanın tətbiq edilməsi az səmərə verən tədbirdir. Bu barədə Astanada Trend -ın xüsusi müxbirinə adının gizli saxlanılması şərti ilə, neft sövdələşmələri üzrə beynəlxalq hüquqşünas bildirib.

Ötən bazar ertəsi Qazaxıstan hökuməti neft məhsullarının ixracına müvəqqəti qadağa tətbiq edib. Müvafiq qərar respublikanın Baş naziri Kərim Məsimov tərəfindən imzalanıb. Energetika Nazirliyinin rəhbəri Sauat Mınbayevin sözlərinə görə, neft məhsullarının ixracına qadağa cari ilin 1 sentyabr tarixinə qədər tətbiq edilib. Məqsəd daxili bazarın təminatı ilə bağlı vəziyyəti stabilləşdirmək, dizel yanacağı və benzinin qiymətlərini nizamlamaqdan ibarətdir.

Neft məhsullarının kəskin artımı xam neftin ixracına gömrük rüsumunun tətbiq edilməsindən sonra yaranıb. Bunun ardınca neft məhsullarının ixrac həcmi kəskin surətdə artıb ki, bu da daxili bazarda onların defisitinə səbəb olub.

"Hazırda hökumət tərəfindən həyata keçirilən inzibati tədbirlər praktiki olaraq lazımsızdır. Çünki gömrükdə sənədlərin rəsmiləşdirilməsi proseduru istənilən qadağadan daha "səmərəlidir"", - deyə sözçü bildirib.

O, bu dəlillərə Dünya Bankı tərəfindən "Doing Business" layihəsi çərçivəsində ixrac və idxal əməliyyatlarının həyata keçirilməsi zamanı prosedur tələbləri ilə əlaqədar reytinqin tərtib edilməsi məqsədi ilə reallaşdırılan illik təhlil nəticəsində ortaya çıxan göstəriciləri də əlavə edib.

"Beynəlxalq ticarət: idxal və ixrac" göstəriciləri üzrə Qazaxıstan 2005-ci ildə 175 ölkə arasında 172-ci yeri, 2006-cı ildə 178 ölkə arasında 177-ci yeri, 2008-ci ildə isə 178 ölkə sırasında 178-ci yeri tutub. "Sənədlərin miqdarı, gündəlik əməliyyatların uzun olması və ABŞ dolları ilə əməliyyat xərcləri göstərici indiqatorlarıdır", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, göstərilən reytinqə mənfi təsir edən amillərə sərhəd buraxlış məntəqələrindən nəqliyyat vasitələrinin keçid vaxtı, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı əsassız uzun sürən müddət, bu sənədlərin sayı və sərhəddə beş müxtəlif dövlət orqanı tərəfindən həyata keçirilən cürbəcür nəzarət növlərinin mövcudluğu da daxildir.

Xəbər lenti

Xəbər lenti