...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 26 May 2008 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend ,müxbir A.Bədəlova/ Azərbaycanın CIF Augusta növlü neftinin mayın 23-də qiyməti 1 barel üçün 133,11 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən bazar ertəsi verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətdə 1 barrel üçün $0,14 artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Ceyhan-nın mayın 23-də qiyməti 1 barel üçün $130,63 çatıb. Bu, əvvəlki qiymətdən $0,14 çoxdur.

Azərbaycan həmçinin neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Mayın 23-də Novorosiysk limanından boşaldılan URALS neftinin qiyməti 1 barel üçün $122,91 təşkil edib. Bu öncəki qiymətdən $0,05 azdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin mayın 23-də qiyməti 1 barel üçün $129,88 təşkil edib. Bu əvvəlki qiymətdən $0,74 çoxdur.

Xəbər lenti

Xəbər lenti