...

2009-cu ildə Azərbaycanda neft hasilatı 60 milyon tona çatacaq - prezident İlham Əliyev

Energetika Materials 3 İyun 2008 11:47 (UTC +04:00)
2009-cu ildə Azərbaycanda neft hasilatı 60 milyon tona çatacaq - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir A.İsmayılova/ 2009-cu ildə Azərbaycanda neft hasilatı ildə 60 mln. tona çatacaq. 2008-ci ildə isə neft hasilatı 50 mln. ton təşkil edəcək. Bu barədə çərşənbə axşamı hər il keçirilən "Xəzər neft-qaz - 2008" sərgisinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Azərbaycan minimum 100 il müddətinə neft və qaz ehtiyatlarına, həmçinin onları tədarük etmək və etibarlı tərəfdaş olmaq imkanlarına malikdir", - deyə prezident bildirib.

Prezident qeyd edib ki, dünyada neftin qiymətinin kəskin artması Azərbaycana böyük mənfəət gətirəcək. İlham Əliyevin sözlərinə görə, Azərbaycan paralel olaraq həm enerji sahəsində şəffaflığı təmin edən, həm də hasilat sənayesində şəffaflıq təşəbbüsünə (EITI) qoşulan bir dövlətdir.

"Azərbaycan ictimaiyyəti neft gəlirlərinin necə xərclənməsindən narahat deyil, bu haqda məlumat hamı üçün açıqdır", - deyə prezident bildirib.

İlham Əliyev qeyd edib ki, hazırda əsas məqsəd neft gəlirlərinin vətəndaş kapitalının möhkəmləndirilməsinə, sosial problemlərin həllinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsindən ibarətdir.

Dünyada iqtisadi inkişaf böyük enerji resursları tələb edir. "Xəzərin zəngin enerji resurslarını nəzərə alsaq, Azərbaycan dünya üçün əvəzedilməz ölkə olacaq", - deyə respublika prezidenti bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan qaza olan daxili tələbatını ödəməklə yanaşı, qonşu ölkələrə də qaz tədarük edir.

"Biz qaz istehsalı və coğrafiyasını genişləndirmək niyyətindəyik. Biz münasib şərtlərlə layihələrdə iştirak etməyə hazırıq", - deyə dövlət başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti