...

Gürcüstanın Qara dəniz limanları istiqamətində dəmir yolu hərəkəti bərpa edilib

Energetika Materials 26 Avqust 2008 17:47 (UTC +04:00)
Gürcüstanın Qara dəniz limanları istiqamətində dəmir yolu hərəkəti bərpa edilib

Azərbaycan, Bakı, 26 avqust/ Trend Cap müxbir E.İsmayılov/ Bu həftə neft və neft məhsulları ilə yüklənmiş qatarların Gürcüstanın dəmir yolu üzrə Qara dəniz limanları istiqamətində hərəkəti qismən bərpa edilib. Qatarların hərəkəti avqustun ortalarında Kaspi şəhərində dəmir yolu körpüsünün partladılması nəticəsində dayandırılıb.

Gürcüstanın Kulevi limanında Azərbaycanın Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus terminaldan bildiriblər ki, çərşənbə axşamı Kaspi şəhəri yaxınlığında körpünün partladılmasından dərhal sonra təmiri həyata keçirilən alternativ dəmir yolu körpüsü üzrə hərəkət gecə başalayıb. Qatarların bilavasitə hərəkəti bir müddət əvvəl bərpa edilsə də, bazar günü Qori yaxınlığında qazax nefti ilə yüklənmiş sisternlərin partlamasından sonra hərəkət yenidən dayandırılıb. Zədələnmiş dəmir yolu yatağı təmir edildikdən sonra, bazar ertəsi alternativ körpü üzrə yüklərin nəqli bərpa edilib.

"Kuleviyə neft məhsulları ilə yüklənmiş üç qatar daxil olub və günün sonunadək daha iki qatarın daxil olacağı gözlənilir", - terminaldan bildiriblər.

Gürcüstanın Batumi limanında da Qara dəniz limanları istiqamətində hərəkətin qismən bərpa olunduğunu təsdiqləyiblər. "Lakin nəqletmə kiçik həcmlərlə həyata keçirilir; buraxılan qatarların sürəti və sayı, alternativ körpünün köhnə olmasına görə məhdudlaşdırılıb", - limandan bildiriblər.

Gürcü və azərbaycanlı mütəxəssislər tərəfindən bir neçə gün ərzində körpüdə təmir işləri aparılıb. Bu dəmir yolu yatağı köhnədir - 1901- ci ilindir. Mütəxəssislər əvvəlcə körpü ilə iritonnajlı qatarların hərəkətetmə imkanını istisna etsələr də, bu istiqamətdə qatarların hərəkəti haqqında qərar qəbul edilib.

Gürcüstan Dəmir Yolunun mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, alternativ yol üzrə hərəkət bərpa edilib. "Bu istiqamətdə həm quru, həm də neft və neft məhsullarının nəqli həyata keçirilir", - GDY-dən bildiriblər.

Avqustun 16 - da Gürcüstanın Kaspi şəhəri yaxınlığında körpünün (Gürcüstanın Qara dəniz limanlarına aparan) partladılması nəticəsində, dəmir yolu ilə quru və neft və neft məhsullarının göndərilməsi dayandırılıb. Bu körpüdə təmir işləri davam edir. "Təmir işləri aparılır, 7-10 gün ərzində işlər başa çatmalıdır", - GDY- dən bildiriblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap

Xəbər lenti

Xəbər lenti