...

"Petkim" səhmdarları planlarında düzəliş ediblər

Energetika Materials 9 Sentyabr 2008 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir İ.Xəlilova/ "Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Petkim" neft-kimya Holdinqi ərazisində neft emalı zavodunun (NEZ) tikintisinə razılığın alınması üçün Türkiyənin dövlət enerjinizamlayıcı orqanlarına müraciət edib", - deyə çərşənbə axşamı ARDNŞ -nin yüksək vəzifəli nümayəndəsi bildirib. Onun sözlərinə görə, bu, "Petkim" neft-kimya Holdinqinin gücünün artırılması və NEZ tikintisi üzrə planlarda növbəliliyin dəyişdirilməsi ilə bağlıdır.

"Növbəliliyin dəyişdirilməsinə lüzum "Petkim"in xammal - nafta ilə təmin edilməsində maraqlı olmağımızla bağlı yaranıb", - deyə o bildirib.

Zavodun tikintisinə ən azı dörd il tələb olunur. Dünya praktikasına əsasən, NEZ-ə yatırılan sərmayələr ilkin olaraq 4-5 mlrd. dollar həcmində qiymətləndirilir.

Hazırda texnoloji məsələlər, məhz NEZ -in benzin, dizel və nafta istehsalına yönəldilib -yönəldilməyəcəyi dəqiqləşdirilir. Zavodun gücü təqribən 8 - 10 mln. ton civarında müəyyənləşdirilib. Layihənin texniki - iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması zamanı əsas məsələlərdən biri neftin NEZ - də emal üçün uyğunluğunun müəyyən edilməsidir.

Mənbə bildirib ki, ARDNŞ "Petkim" Direktorlar Şurasında nəzarət əldə edib. "Petkim"in gücünün artırılmasına yatırılacaq sərmayələr 2 mlrd. dollar təşkil edir. Bu tədbirlərin başlanmasınadək TİƏ -nin hazırlanması, texnologiyaların müəyyənləşdirilməsi, regional və dünya bazarlarının öyrənilməsi planlaşdırılıb. Mənbənin fikrincə, 2009- cu ilin ortalarında bu layihə üzrə sərmayələrin konkret istiqamətləri müəyyənləşəcək.

"Socar/Turcas Petrol/Injaz Projects" şirkətlər Alyansı 2,04 mlrd. dollar təklif etməklə, "Petkim" kimya Konserninin 51 faizlik səhm paketinin satışı üzrə tenderin qalibi olub.

Hazırda Türkiyə lazımi kimya məhsullarının 70-75 faizini idxal edir. SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına sərmayələri məhsul idxalını 30 faizədək azaltmağa imkan verəcək. Hər il Türkiyə bazarında kimya məhsullarına olan təlabat 12 faizədək artır.

"Petkim" plastik qablaşdırmalar, parçalar, PVC, yuyucu vasitələr istehsal edir və Türkiyədə belə məhsulların yeganə istehsalçısıdır. Şirkət məhsullarının dörddə birini ixrac edir.

Sentyabrın 9-u üçün rəsmi məzənnə 0,8156 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti