Azərbaycan, Bakı, 03 oktyabr/ Trend / SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2008 - ci ilin yanvar - sentyabrında Bakı - Novorossiysk şimal boru kəməri marşrutu ilə təqribən 948 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövründə 901 min tona bərabər olub. Bu barədə ARDNŞ -nin məlumatında bildirilir.
Sentyabr ayı ərzində Bakı-Novorossiysk boru kəməri ilə neft ixracı təqribən 82,8 min. ton təşkil edib.