Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Sentyabrda SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Kulevi Qara dəniz terminalı tərəfindən 190 min ton neft və neft məhsulu aşırlıb, oktyabrda isə, bu həcmi 230 min tonadək artırmaq planlaşdırılır, - terminalda işlərə yaxın mənbə cümə axşamı bildirib.
Kulevi terminalı mayda istismara verilsə də, faktiki olaraq aşırma iyunda başlayıb. Bu dörd ay ərzində təxminən 1 mln. ton neft və neft məhsulu aşırılıb. Ən çox tələbatın olduğu məhsullar dizel və mazutdur.
Hazırda şirkət sutkada Gürcüstandan 5 - 6 min ton neft və neft məhsulları aşırır.
Mənbənin sözlərinə görə, terminalın neft və neft məhsullarının illik aşırma həcmini müəyyən etmək məqsədilə Gürcüstan hökumətindən əlavə möhlət alacağı mümkündür.
їBir müddət əvvəl iki aylıq möhlət alsaq da, daha bir - iki aylıq möhlət alacağımız mümkündürї, - mənbə bildirib.
Gürcüstanda müəyyən bir qayda mövcuddur ї şirkət il ərzində 4 mln. ton neft və neft məhsulu daşıyarsa ona nəqliyyat tarifində endirimlər verilir. Terminal rəhbərliyi gürcü -osetin münaqişəsinin və Gürcüstanın Qara dəniz limanlarının bağlanmasının daşınmaların həcminin obyektiv olaraq azalmasına gətirməsi ilə əlaqədar Gürcüstan hökumətinə müraciət edib. İki aylıq möhlət verilib.
Kulevi terminalı cari ildə istismara verilib, eyni vaxtda 168 sistern-vaqonu qəbul edə bilər. Terminalın ümumi aşırma gücü 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut daxil olmaqla, ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15- 20 mln. tonadək artırmaq, çən parkını isə, 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]