...

Amerika bankı qazla bağlı 2009-cu il üzrə qiymət proqnozlarını 12 faiz azaldıb

Energetika Materials 16 Oktyabr 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir A.Bədəlova/ Dünyada böyüklüyünə görə üçüncü olan və Nyu-Yorkda yerləşən "JPMorgan" 2009-cu il üzrə təbii qaza olan qiymət proqnozlarını $9,04/mln. btu.-dan (Britaniya istilik vahidi) $7,94/mln btu.-dək azaldıb.

Bankın yeni proqnozlarına görə, 2009-cu ilin birinci rübündə qazın qiyməti $8,55/mln. btu, ikinci rübdə $7,25/mln. btu, üçüncü rübdə $7,55/mln. btu və dördüncü rübdə $8,4/mln. btu. təşkil edəcək.

2008-ci ilin son rübündə qazın qiyməti $8,35/mln. btu təşkil edəcək ki, bu da bankın əvvəlki proqnozundan $0,9/mln. btu aşağıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: Capital

Xəbər lenti

Xəbər lenti