Azərbaycan, Bakı, 27 oktyabr/ Trend müxbir E.İsmayılov/ Danimarkanın Maersk şirkətinə məxsus Heydər Əliyev adına qazma qurğusu Xəzərin Azərbaycan sektorunda D-222 perspektivli strukturunda ("Yalama") ikinci kəşfiyyat quyusunun qazılacağı nöqtədə quraşdırılıb, "LUKOYL" şirkətindən bazar ertəsi bildiriblər.
"Qurğunun yerləşdirilməsini əvvəllər həyata keçirmək planlaşdırılsa da, dənizdə tufan xəbərdarlığı ilə əlaqədar onu bir qədər yubanma ilə quraşdırıblar", - mənbə bildirib.
Quyunun qazılmasının sabah başlayacağı planlaşdırılır. Qazmaya hazırlıq işləri başa çatıb, mənbə bildirib.
Qazmanı "Overseas Operating Company Ltd."həyata keçirəcək. İkinci kəşfiyyat quyusunun dərinliyi 2650 metr təşkil edəcək, birinci kəşfiyyat quyusundan 22 km aralıda suyun 690 metr dərinliyində qazılacaq.
LUKOYL "Yalama"da ilk quyunu 2005-ci ildə qazıb. Quyunun dərinliyi 4400 m, layihə dərinliyi isə 4500 m təşkil edib. Qazıma zamanı şirkət üçün kommersiya maraqları kəsb etməyən cüzi həcmdə karbohidrogen aşkar olunub.
"Heydər Əliyev adına" qazıma qurğusu suyun 1000 metr dərinliyində 9 min metrədək dərinlikdə quyu qazmaq üçün nəzərdə tutulub. Xəzərin maksimal dərinliyi 1025 m. təşkil edir,buisə o deməkdir ki, qurğu əməli olaraq onun bütün akvatoriyasında işləyəbilər.
"Yalama" (D-222 bloku) strukturunun işlənməsi üzrə müqavilə 1997-ci il iyulun 3-də imzalanıb.
Bu layihənin iştirakçıları aşağıdakılardır: "LUKOYL" - 65 faiz, SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) - 20 faiz və Gaz de France - 15 faiz.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]