Gürcüstan, Tbilisi, 14 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın neft məhsulları istehsalçıları, ixracatçıları, idxalatçıları və istehlakçıları İttifaqının sədri Vano Mtvralaşvili hesab edir ki, Gürcüstanda yanacaq üzrə qiymət artımı gözlənilmir.
Onun sözlərinə görə, maliyyə böhranına görə, neftin dünya qiymətlərinin düşməsi səbəbindən yanacağın qiymətinin artması qorxusu yoxdur.
"İkinci səbəb isə dolların məzənnəsinin möhkəmlənməsidir", - deyə o bildirib.
Hazırda Gürcüstanda yanacağın pərakəndə satış qiymətləri belədir: Azərbaycan benzini - 1,2-1,3 lari, Premier - 1,6-1,65 lari, Super -1,7-1,75 lari, Azərbaycan dizel yanacağı - 1,5-1,55 lari və Avropa dizel yanacağı - 1,75-1,8 lari.
Gürcüstan Milli Bankının məlumatlarına görə, noyabrın 14-nə olan ABŞ dollarının məzənnəsi 1,65 lari təşkil edir.