Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir E.İsmayılov/ SOCAR Şirkətinin Geofizika və Geologiya İdarəsi (Azərbaycanın Dövlət Neft Şirkəti) 2009-cu ilin birinci rübünədək "Bahar- 2" perspektivli dəniz qaz strukturunda geofiziki kəşfiyyat işlərini yekunlaşdıracaq. Bunu çərşənbə günü SOCAR Şirkətindən deyiblər. Ərazidə iki və üçmetrlik geofiziki tədqiqatlar aparılır.
Ehtiyatların olması və onların həcmi yalnız geofiziki məlumatlar alındıqdan sonra müəyyən ediləcək, - deyə mənbə bildirib.
Ehtiyatlarının xeyli hissəsinin işlənildiyi "Bahar-1" unikal yataqdır. Ötən əsrin 80-ci illərində yataqdan 16-17 mln. kubmetr qaz hasil edilirdi ki, bu da ölkənin qaza olan tələbatının 30-40 faizini ödəyirdi. SOCAR "Bahar" yatağının işlənilməsi ilə müstəqil surətdə məşğul olur.
Azərbaycanda qazın hasilatı ilə SOCAR şirkəti məşğul olur. Şirkət qazı şəxsi vəsaitləri hesabına işlədiyi yataqlardan hasil edir. SOCAR-ın hasil etdiyi qazın böyük hissəsi Azərbaycanın daxili bazarındakı tələbatı ödəmək üçün sərf olunur, həmçinin bir hissəsi Gürcüstana ixrac edilir.
Əcnəbi tərəfdaşlar BP texniki operatorluğu ilə "Şah Dəniz" yatağındakı qazı SOCAR-ın iştirakı ilə çıxarırlar. Qaz Azərbaycan bazarına çatdırılır, eyni zamanda Cənubi Qafqaz boru kəmərinin vasitəsilə Gürcüstana və Türkiyəyə ixrac olunur. Ölkəmiz eyni zamanda Azərbaycanın beynəlxalq əməliyyat şirəktinin "Azeri-Çıraq-Günəşli" yatağından hasil etdiyi səmt qazını alır.
Müəlliflə əlaqə ünvanı: [email protected]