...

İran qazın "Nabukko" boru kəməri ilə nəqlindən imtina edib

Energetika Materials 3 Dekabr 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ TrendCap müxbir T.Cəfərov/ İran öz qazını Avropaya nəql etmək üçün yeni Persian Pipeline qaz kəmərinin tikintisinə başlamaq niyyətindədir. Belə ki, ölkə qazı Nabukko boru kəməri ilə nəql etməkdən imtina edir.

İranın Neft nazirinin müavini Əkbər Türkan bildirib ki, Nabukko boru kəmərinin əvəzinə Persian Pipeline qaz kəməri çəkiləcək. Boru kəmərinin uzunluğu 3300 km (İrandan Avropayadək məsafə) təşkil edəcək. Boru kəməri layihəsinin ümumi dəyəri 6 mlrd. dollar təşkil edir.

O bildirib ki, Persian Pipeline İran qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulub.

Türkanın sözlərinə görə, Nabukko boru kəmərinin çəkilişi Avropa ölkələri tərəfindən irəli sürülüb və İran bu boru kəmərinə qoşulmaq niyyətində olub. Lakin Avropa İttifaqına üzv ölkələr, Tehranla siyasi problemlər üzündən, İran qazının bu qaz kəməri ilə nəqlindən imtina ediblər.

Türkanın sözlərinə görə, hazırda layihənin həyata keçirilməsi üzrə prosedurlar davam edir və yaxın gələcəkdə onun icrasına başlayanılacaq.

Nabukko - qazın, Rusiyadan yan keçməklə, Mərkəzi Asiyadan Avropa ölkələrinə, ilk növbədə, Avstriya və Almaniyaya nəqli üçün nəzərdə tutulan 3,3 km uzunluğunda layihələndirilən magistral qaz kəməridir. Layihə gücü - ildə 26 -32 mlrd. kubmetr qaz. Tikintini 2013 - cü ilə başa çatdırmaq planlaşdırılır.

Qaz kəmərinin çəkilməsi üzrə Konsorsiumda iştirak edən şirkətlər: Avstriyanın OMV Gas GmbH, Macarıstanın MOL Natural Gas Transmission Company Ltd., Bolqarıstanın Bulgargaz, Rumıniyanın S.N.T.G.N. Transgaz S.A., Türkiyənin Botas və Almaniyanın RWE şirkəti.

2004 - cü ildə təqdim edilmiş Nabukko qaz kəmərinin ilkin layihəsi qazın İranın Fars körfəzindəki yataqlarından nəqlini nəzərdə tuturdu. 2006 - cı ildə İranın nüvə proqramı ətrafındakı münaqişə ilə əlaqədar, layihəni elə bir şəkildə dəyişmək qərara alındı ki, qazın Türkmənistan, Özbəkistan və Azərbaycandan tədarükünə imkan yaransın.

Xəbər lenti

Xəbər lenti