"Qazprom" çərşənbə axşamı səhər Rusiya qazının Avropaya nəqlini bərpa edib. Bu barədə jurnalistlərə "Qazprom"da bir neçə saat davam edən danışıqlardan sonra Moskvadan Kiyevə yola düşən Ukraynanın baş naziri Yuliya Timoşenko məlumat verib, "İnterfaks" yazır.
Timoşenko deyib: "Moskva vaxtı ilə 4:00-da "Qazprom" Avropaya qazın nəqlinə başlayıb. Biz bu zaman dispetçer məntəqəsəndəydik".