...

"Kanargo enerji" şirkəti sərmayədarları məhkəməyə verəcək

Energetika Materials 20 Yanvar 2009 14:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstanda Amerikanın ən böyük "Kanargo enerji" neft -  qaz çıxarma şirkəti sərmayədarları məhkəməyə verir.

Norveçin birinci instansiya məhkəməsində ötən il 24 mln. dollar qarşılığında "Kanargo enerji"nin səhmlərini almalı olan, lakin sonradan bu sazişi pozan şəxslər və şirkətlərə qarşı iddia qaldırılıb.

"Kanargo enerji" məhkəmə prosesi ilə paralel, şirkətin bir hissəsi ilə fərdi danışıqlar aparır və güman edilir ki, səhmləri məhkəmənin müdaxiləsi olmadan beş mln. dollara satacaq.

"Kanargo enerji" yalnız Gürcüstanda neft hasil edir.

2008 - ci ildə şirkət Gürcüstanda 20 min ton neft hasil edib ki, bu da ölkənin bütün  hasilatının 33 faizini təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]



Xəbər lenti

Xəbər lenti