...

"Bakqaz" İB fevralda Azərbaycan paytaxtının qaz sisteminə "mavi yanacaq" verilişini azaldıb

Energetika Materials 13 Mart 2009 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.İsmayılov /

"Yanvar-fevral aylarında "Bakqaz" İstehsalat Birliyi (İB) (Azərbaycan paytaxtında qaz paylanması və satışı ilə məşğul olur) tərəfindən Bakının qaz sisteminə təxminən 687 milyon kubmetr məişət qazı ötürülüb", - cümə günü Azərbaycanın neft-qaz sənayesindəki mənbə məlumat verib.

"Fevralda paytaxtın qaz sisteminə təxminən 306 milyon kubmetr qaz vurulub ki, bir ay əvvəl bu rəqəm 381 milyon kubmetr olub", - mənbə deyib.

Mənbənin sözlərinə görə, hazırda "mavi yanacağ"ın Bakı qaz sisteminə sutkalıq verilişi 10,5 milyon kubmetr təşkil edir.

Ötən il İB Bakının qaz sisteminə ümumilikdə 2,45 milyard kubmetrə yaxın qaz ötürüb.

2008-ci ildə İB şəhərin qaz sisteminə mövsümi qaz verilişi (yay və qış mövsümləri) rejimindən tamamilə imtina edib. Bundan sonra ötürülən qazın həcmi ancaq istehlakçıların tələbatından asılı olaraq müəyyən ediləcək. Mövsümi rejimin tətbiqi əhalinin əksəriyyətində qaz sayğaclarının olmamasından irəli gəlirdi ki, nəticədə də qaz əhali tərəfindən qeyri-rasional şəkildə istifadə olunurdu. "Hazırda Bakı qaz şəbəkəsinin abunəçilərinin 100 faizi sayğacla təmin olunub", - bir müddət əvvəl mənbə məlumat verib.

Ötən illərdə aprelin ortalarında İB qış dövrü ilə müqayisədə abunəçilərə daha az həcmdə qaz verilməsini nəzərdə tutan yay mövsümü rejiminə keçirdi. Qış mövsümünə keçid isə noyabrın 15-dən başlanırdı. Yay mövsümündə sutkalıq qaz verilişi 3-4 milyon kubmetr, qışda isə 10-13 milyon kubmetr təşkil edirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti