...

ARDNŞ "Neft Daşları" dəniz yatağındakı ehtiyat hasilatını hesablayıb

Energetika Materials 3 İyul 2009 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend /

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)  "Neft daşları"ndakı yeni yatağın istifadəsinə başlayıb. Şirkətdən verilən məlumata görə, ötən gün dövlət komissiyası yeni obyekti təhvil alıb.

Suyun 23 metr dərinliyində yerləşən platformanın hündürlüyü 35 metrdir. Yeni platformada 12 quyu qazılacaq. Yeni obyektin tikintisi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun "Neftqaztikinti" tresti tərəfindən həyata keçirilib.

İlin sonlarına qədər "Neft daşları"nda analoji layihənin yeni bir platforması inşa ediləcək. Artıq platformanın hər iki bloku dənizdə quraşdırılıb. Hazırda obyektin üst hissəsinin tikintisi davam etdirilir.

2004-cü ildə Azərbaycan Prezidenti ARDNŞ qarşısında neft hasilatını 1,5 dəfə artıraraq ildə 1,2 milyon tona çatdırmaq tapşırığını qoyub.

ARDNŞ geoloqlarının hesablamalarına görə, yataqlardakı ehtiyat neft hasilatı təxminən 20 milyon tondur. 2010-cu ilin sonlarına qədər şirkət qurulan yeni platformalarda 72 yeni quyunun qazıntısını planlaşdırır. Son üç ildə "Neft daşları"nda bu il qurulacaq yeni platformalardan savayı 3 platforma tikilib.

ARDNŞ-in Layihələşdirmə İnstitutu "Günəşli" və "Neft daşları" yataqlarının arasında suyun 46 metr dərinliyində yerləşəcək yeni platformanın tikintisi üçün sənədləşməni də hazırlayıb.

Xəbər lenti

Xəbər lenti