...

Rusiyanın Novorossiysk dəniz ticarət limanı neft boşaltmanı artırıb

Energetika Materials 21 İyul 2009 13:14 (UTC +04:00)
"Bu ilin ilk yarısında Rusiyanın Qara dəniz Novorossiysk dəniz ticarət limanı təxminən 22,1 milyon ton neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 21,4 milyon ton olub", - limanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir E.İsmayılov /

"Bu ilin ilk yarısında Rusiyanın Qara dəniz Novorossiysk dəniz ticarət limanı təxminən 22,1 milyon ton neft boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 21,4 milyon ton olub", - limanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

"Novorossiysk dəniz ticarət limanı" ASC yanvar-iyun aylarında 6,5 milyon ton həcmində neft məhsulu boşaldıb. Ötən ilin analoji dövründə bu rəqəm 5,4 milyon ton olub.

Ümumilikdə yanvar-iyun aylarında təxminən 43,3 milyon ton müxtəlif yük boşaldılıb ki, bu da ötən ilin analoji dövr göstəricisindən 4,1 milyon ton çoxdur.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) də öz neftini Novorossiysk limanı vasitəsilə boşaldır. Yanvar-iyun aylarında şirkət Bakı-Novorossiysk xəttilə 1,2 milyon tondan çox neft ixrac edib. İyunda 170,5 min ton Azərbaycan nefti ixrac edilib.

2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə ixrac edilən neftin həcmini 2,5 milyon tona çatdırmaq niyyətindədir.

Novorossiysk dəniz limanının yük boşaltma üzrə toplu cədvəli:

Yanvar-iyun 2009

Yanvar-iyun 2008

Fərq

min ton

min ton

faizlər

Ümumi yük dövriyyəsi

43 273,3

39 206,3

4 067

10,4%

Maye yüklər (cəmi)

28 970,7

27 325,7

1 644,9

6,0%

Xam neft

22 089,9

21 393,7

696,1

3,3%

Neft məhsulları

6 515,4

5 393,7

1 121,8

20,8%

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti