...

İyulun 20-nə Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 21 İyul 2009 12:55 (UTC +04:00)
İyulun 20-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $66,12/barrel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $1,12/barrel artıb.

Azərbaycan, Bakı, 21 iyul / Trend , müxbir A.Bədəlova /

İyulun 20-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $66,12/barrel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dan (Azərbaycan Dövlət Neft Şirkəti) çərşənbə axşamı verilən məlumata görə, bazar ertəsi neftin qiyməti cümə gününə nisbətən $1,12/barrel artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dan bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 20-də $65,42/barrel təşkil edib və bu, əvvəlki qiymətdən 1,12/barrel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 20-də $64,56/barrel təşkil edib və bu, əvvəlki qiymətdən $1,26/barrel çoxdur.

Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftin qiyməti iyulun 20-də $64,88/barrel təşkil edib. Bu, əvvəlki qiymətdən $1,2 /barrel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti