...

Azərbaycanın elektrik enerjisi operatoru tullantılar kvotasının alışı və satışı üzrə ilk müqavilə bağlayıb

Energetika Materials 15 Avqust 2009 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir A.Bədəlova /

"Azərenerji" ASC (Azərbaycanın elektrik enerjisi operatoru) Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) və Avropa İnvestisiya Bankı (AİB) ilə karbon tullantılarının çoxtərəfli fondu çərçivəsində Azərbaycanda elektrik enerjisi istehsalının effektliyinin inkişafı məqsədilə müqavilə bağlayıb. Bu barədə AYİB-in rəsmi saytında yer alan məlumatda deyilir.

"Azerenerji" və Stichting Carbon Purchase Intermediary (CPI) Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasının yenidən qurulması nəticəsində əmələ gələn, enerjiqoruyucu texnologiyalardan istifadə olunması ilə ayrılan sertifikatlaşdırılmış tullantı kvotasının alışı və satışı üzrə ERPA (emission reduction purchase agreement) müqaviləsi bağlayıblar", - məlumatda deyilir.

CPİ MCCF iştirakçıları üçün karbohidrogen kreditlərin əldə olunması məqsədilə yaradılmış xüsusi vasitədir.

Bu layihə şirkətin enerji effektliyini 32 faizdən 41 faizə qaldırmağa və CO2 tullantılarını azaltmağa imkan verəcək.

Sözügedən müqavilə bu qəbildən Azərbaycanda MCCF çərçivəsində həyata keçirilən ilk müqavilədir. Layihənin məsləhətçisi ICF Consulting Ltd.-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti