...

Beynəlxalq Enerji Agentliyi Azərbaycandan neft ixracının artacağını proqnozlaşdırır

Energetika Materials 27 Avqust 2009 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir A.Bədəlova /

Beynəlxalq Enerji Agentliyi (BEA) keçmiş Sovet İttifaqı ölkələrinin neft tədarükünün sutkada 2,97 milyon bareldən sutkada 3,31 milyon barelə kimi artacağını gözləyir. BEA-nın neft bazarı üzrə agentliyinin rəsmi saytında bu gün yayımlanan avqust məruzəsində deyildiyi kimi, Azərbaycandan tədarüklərin artımı sutkada 260 min barel, Qazaxıstandan isə sutkada 85 min barel təşkil edir.

Birinci rüb ərzində Türkmənistanın neft hasilatı üzrə göstəriciləri ölkənin tədarüklərinə dair proqnozların 2009 və 2010-cu illərdə sutkada 10 min barel artmasına səbəbi olub, BEA-nın məruzəsində deyilir.

BEA-nın proqnozlarına əsasən, OPEK-ə daxil olmayan ölkələrin neft tədarükünün ümumi həcmi 2009-cu ildə sutkada 51 milyon barel təşkil edəcək, 2010-cu ildə isə ölkələrin neft təfarükü 440 min bareldən sutkada 51,4 milyon barelə kimi artacaq.

BEA-nın qiymətləndirməsinə əsasən, ümumdünya neft tədarükü iyulda sutkda 570 min bareldən sutkada 85,1 barelə kimi artacaq. Bu dövr ərzində ümumi tədarük həcminin üçdə ikisi OPEK-ə daxil olmayan ölkələrin payına düşüb. 2008-ci ilin iyul ayı ilə müqayisədə ümumdünya neft tədarükləri sutkada 2,6 milyon barel azalıb ki, bu da əsasən OPEK-in hasilat kvotalarının azaldılması ilə əlaqədardır.

BEA-nın hesablamalarına əsasən, OPEK-in neft hasilatının həcmi iyulda 100 min barel azalaraq sutkada 28,64 milyon barelə çatıb. İraq istisna olmalaq, kartelin 11 üzvünün neft hasilatı 120 min barel azalaraq sutkada 26,12 milyon barelə çatıb ki, bu da müəyyən edilmiş normadan sutkada 1,28 milyon barel çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti