...

"Azərkimya" Dövlət Şirkəti Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi üzrə işləri davam etdirir

Energetika Materials 2 Oktyabr 2009 19:34 (UTC +04:00)
2009-cu il sentyabrın 29-da Fransanın Paris şəhərində Azərbaycan "Azərkimya" Dövlət Şikəti ilə İtaliyanın "ENI" (SNAMPROGETTI) şirkətləri arasında Azərbaycanın yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi layihəsi üzrə "Qarşılıqlı Anlaşma Memorandumu" və "Məxfilik haqqında Saziş" imzalanıb.
"Azərkimya" Dövlət Şirkəti Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi üzrə işləri davam etdirir

Azərbaycan, Bakı, 02 oktyabr / Trend /

2009-cu il sentyabrın 29-da Fransanın Paris şəhərində Azərbaycan "Azərkimya" Dövlət Şikəti ilə İtaliyanın "ENI" (SNAMPROGETTI) şirkətləri arasında Azərbaycanın yeni neft-kimya və gübrə istehsalı kompleksinin tikilməsi layihəsi üzrə "Qarşılıqlı Anlaşma Memorandumu" və "Məxfilik haqqında Saziş" imzalanıb.

Görüşdə Azərbaycanda inşa ediləcək gübrə istehsalı kompleksinin tərkibində fəaliyyət göstərəcək dəniz suyunun təmizlənməsi zavodunun layihəsinin prezentasiyası keçirilib. Dəniz suyunun iki əsas texnologiya əsasında - membran və termodistillə üsulları ilə təmizlənməsi barədə ətraflı məlumat verilib, müvafiq müzakirələr aparılıb və bir sıra digər məlumatlar "Azərkimya" Dövlət Şikətinin prezidenti Məcid Kərimova təqdim olunub.

Azərbaycanda yeni neft-kimya və gübrə istehsalı kompleksinin layihəsi üzrə işlərin icrası ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq "Azərikimya" Dövlət Şikəti tərəfindən ardıcıl olaraq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti