Azərbaycan, Bakı, 08 oktyabr / Trend /
ARDNŞ oktyabrın 9-da saat 9-dan etibarən Bakı dairəvi yolunun inşası və kommunikasiyaların köçürülməsi səbəbindən "9-cu mikrorayon-Binəqədi" orta təzyiqli qaz kəməri ilə qaz təchizatını dayandıracaq. Bu barədə ARDNŞ-in cümə axşamına olan məlumatında deyilir.
Bu boru kəməri "Alatava" qazpaylama stansiyasından başlayır və Bakı şəhərinin Binəqədi rayonunun böyük hissəsini qaz ilə təmin edir.
Məlumatda deyildiyi kimi, 6,7,8,9-cu mikrorayonlarda, Rəsulzadə və Vorovski qəsəbələrində qaz verilişinə məhdudiyyət qoyulacaq.
İşlərin başa çatması müddəti bildirilmir. Lakin qeyd olunur ki, onların tamamlanmasından sonra qaz verilişi tamamilə bərpa olunacaq.