...

ARDNŞ kəşfiyyat-qazma işlərini genişləndirib

Energetika Materials 16 Oktyabr 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend /

Yanvar-sentyabr aylarında ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Kompleks qazma işləri" tresti 115.5 min metr dərinliyində qazma işlərihəyata keçirib ki, bu da proqnozlaşdırılan göstəricidən 2.5 dəfə çoxdur, trestin müdiri İsgəndər Şirəli "Vışka" qəzetinə verdiyi müsahibəsində deyib.

Onun dediyinə görə, göstərilən müddətdə trest mədən işçilərinə 57 hazır quyu təhvil verib.

O deyib ki, 2008-ci ildə trest 177 min metr dərinliyində, 2007-ci ildə isə 176.8 min metr dərinliyində qazma işləri aparıb.

Hazırda trest Azərbaycanın 25 dəniz və quru yataqlarında kəşfiyyat-qazma işləri aparır. İlin əvvəlində trest "Günəşli", "Neft daşları", "Qum-dəniz" yataqlarında, həmçinin "Cəfərli" quru yatağında qazılan quyuları ARDNŞ-in "Azneft" İstehsalat Birliyinə təhvil verib.

Trest həmçinin, "Pirallahı", "Zağlı", "Bəyimdağ-Təkçay" və s. yataqlarda əvvəllər dondurulmuş quyularda kəşfiyyat-qazma işlərini bərpa edib.

Azərbaycanda 57 neft-qaz yatağı mövcuddur ki, bunlardan da 18-i quruda yerləşir. Bu gün ARDNŞ-in 62 min nəfərdən artıq əməkdaşı var.

Xəbər lenti

Xəbər lenti